Sumqayıtda usta xidməti - 24 saat usta çağırışı

Sumqayıtda yerli ustalarımız işləyir. Bakıdan yol gözləməyə ehtiyac yoxdur, usta şəhərin istənilən mikrorayonuna qısa müddətdə gəlir.

Sumqayıtın bütün məhəllələrinə xidmət

Şəhərin 1-ci mikrorayonundan 18-ci mikrorayona qədər, həmçinin Corat, Hacı Zeynalabdin və Saray qəsəbələrinə usta göndəririk. Sumqayıtda yaşayan ustalarımız şəhəri yaxşı tanıyır, ona görə də ünvanı tapmaqda vaxt itmir.

Şəhərdə köhnə beşmərtəbəli binalarla yanaşı, son illərdə tikilmiş çoxmərtəbəli yaşayış kompleksləri də çoxdur. Köhnə binalarda ən çox santexnika və elektrik xətləri, yeni binalarda isə kombi, kondisioner montajı və mebel yığılması sifariş olunur.

Sumqayıtda ən çox sifariş edilən işlər

Sumqayıtda yaşayış binaları

Dəniz kənarında texnikaya qulluq

Sumqayıt dəniz kənarında yerləşir və havadakı duz xarici bloklara təsir edir. Kondisionerin xarici blokundakı lövhələr Bakının daxili rayonlarına nisbətən daha tez korroziyaya uğrayır. Ona görə də burada ildə bir dəfə servis, xüsusilə xarici blokun yuyulması daha vacibdir.

Şəhərin suyu da sərtdir. Kombi eşanjörünün, pitiminutka radiatorunun və paltaryuyan qızdırıcısının kirəcdən təmizlənməsi Sumqayıtda ən çox gördüyümüz profilaktik işlərdəndir.

Qiymət və gəlmə vaxtı

Sumqayıtda qiymətlər Bakı ilə eynidir, əlavə yol haqqı tutulmur. Ustanın gəlişi və diaqnostika 10-20 AZN təşkil edir və təmir sifariş olunduqda adətən ümumi məbləğə daxil edilir.

Orta gəlmə vaxtı 30-50 dəqiqədir. Şəhərdən kənar qəsəbələrə, məsələn Saray və Corata, gəliş bir az uzun çəkə bilər.

Ünvanı dəqiq bildirmək üçün mikrorayon, bina və mənzil nömrəsini deyin və ya WhatsApp-da lokasiya paylaşın.

Sumqayıt sakinləri üçün rahatlıq

Yerli usta

Ustalarımız Sumqayıtda yaşayır və işləyir.

Yol haqqı yoxdur

Şəhər daxilində qiymət Bakı ilə eynidir.

Gecə xidməti

Təcili hallarda gecə saatlarında da gəlirik.

Zəmanət

Bütün işlərə yazılı zəmanət verilir.

Sumqayıt üzrə suallar

Şəhər daxilində orta hesabla 30-50 dəqiqə. Pik saatlarda bir az uzana bilər, operator real vaxtı deyir.

Xeyr, qiymətlər Bakı ilə eynidir və əlavə yol haqqı alınmır.

Bəli, Sumqayıta yaxın bütün qəsəbələrə xidmət göstəririk.

Bəli, ev təmiri, kafel və beton işləri üçün briqadamız Sumqayıtda da işləyir.

Sumqayıtda usta lazımdır? Zəng edin

Mikrorayonu və problemi deyin, ən yaxın usta yola çıxsın.