Kanalizasiya ustası - tıxanmanın açılması 24 saat

Unitazdan, vannadan və ya mətbəx rakovinasından su getmir? Usta aparatla tıxanmanı açır, borunu yuyur və problemin təkrarlanmaması üçün səbəbini göstərir.

Tıxanma harada və niyə yaranır

Mətbəx xəttində tıxanmanın əsas səbəbi yağdır. İsti su ilə axan yağ boruda soyuyur və divarlara yapışır, zamanla üzərinə qida qalıqları yığılır. Hamam xəttində isə saç və sabun qatı problem yaradır. Unitazda əsasən yaş salfet və gigiyena məhsulları tıxac əmələ gətirir.

Usta əvvəlcə tıxanmanın yerini müəyyən edir: təkcə bir nöqtədə, yoxsa binanın ümumi stoyakındadır. Daha sonra 15-25 metrlik trosu olan elektrik aparatı ilə xətt açılır və isti su ilə yuyulur.

  • Unitazın tıxanması
  • Mətbəx xəttinin açılması
  • Vanna və duşda su durması
  • Pis qoxunun aradan qaldırılması
  • Kanalizasiya borusunun dəyişimi
  • Sifon və qofrenin dəyişimi
  • Həyət quyusunun təmizlənməsi
  • Kamera ilə xəttin yoxlanması
Hamam kanalizasiya xəttinin təmizlənməsi

Kanalizasiya işlərinin qiyməti

İşin növüQiymət
Rakovina və ya vanna tıxanması20-35 AZN
Unitaz tıxanması25-40 AZN
Aparatla xəttin açılması40-80 AZN
Kamera ilə yoxlama40-60 AZN
Boru dəyişimi (1 metr)15-25 AZN
Sifon dəyişimi10-20 AZN

Həyət evlərində və uzun xətlərdə qiymət iş yerində müəyyən edilir.

Tıxanmanın qarşısını necə almaq olar

Yağlı qabları yumazdan əvvəl kağız dəsmal ilə silin. Rakovina və vannanın dəliyinə tor qoyun, ayda bir dəfə xəttə isti su axıdın. Unitaza yaş salfet, pambıq və gigiyena məhsulu atmayın, onlar suda həll olmur.

Kimyəvi təmizləyicilərlə çox ehtiyatlı olun. Köhnə çuqun və plastik borularda tez-tez istifadə edilən güclü qələvi rezinləri və birləşmələri zədələyir. Tıxanma üç dəfədən çox təkrarlanırsa, xəttin maililiyi düzgün deyil və borunun yenidən quraşdırılması lazım ola bilər. Bu işləri santexnik ustamız görür.

Kanalizasiya işində təcrübəmiz

Peşəkar aparat

Boruya zərər vermədən tıxacı parçalayan elektrik trosu.

Kamera

Təkrarlanan tıxanmada səbəb borunun içində görüntü ilə tapılır.

Gigiyena

Usta örtük, əlcək və bahil ilə işləyir, ətraf təmiz qalır.

Gecə də işləyirik

Tıxanma gecəni gözləmir, biz də gözlətmirik.

Kanalizasiya ilə bağlı suallar

Yüngül hallarda vantuz kömək edir. Su ümumiyyətlə getmirsə və ya bir neçə nöqtədə eyni vaxtda durursa, problem dərindədir və aparat lazımdır.

Bəli. Sifonda su qalmadıqda və ya qofre düzgün bağlanmadıqda qoxu birbaşa xəttdən gəlir. Sifonun dəyişdirilməsi problemi həll edir.

Bu iş adətən mənzil-istismar sahəsinin öhdəsindədir. Amma təcili hallarda ustamız ümumi stoyakı da aça bilər.

Sadə tıxanma 20-40 dəqiqəyə açılır. Uzun xətlərdə və həyət evlərində 1-2 saat çəkə bilər.

Su getmir? Ustanı indi çağırın

Zəng edin, harada tıxanma olduğunu deyin. Usta lazımi aparatla yola düşəcək.