Kombi sönür, təzyiq düşür və ya kran açanda isti su gəlmir? Usta ünvana gəlir, xəta kodunu oxuyur və nasazlığı yerində aradan qaldırır.
Bakıda mənzillərin çoxu fərdi kombi ilə isinir və qışın ilk soyuq günlərində zənglərin sayı bir neçə dəfə artır. Ən çox rast gəldiyimiz hallar təzyiqin düşməsi, alışmanın olmaması və isti suyun gah gəlib, gah kəsilməsidir. Bunların əksəriyyəti bir gəlişdə həll olunur.
Usta əvvəlcə ekrandakı xəta kodunu oxuyur, qaz təzyiqini, bacanı, nasosu və genişləndirici çəni yoxlayır. Səbəb tapıldıqdan sonra qiymət deyilir və yalnız razılığınızla iş başlayır.
Aşağıdakı qiymətlər işçilik haqqıdır. Dəyişdirilən hissənin qiyməti ayrıca deyilir və çek ilə təqdim olunur.
| İşin növü | Qiymət |
|---|---|
| Gəliş və diaqnostika | 15-20 AZN |
| Profilaktik servis (təmizlik, yoxlama) | 40-60 AZN |
| Kombinin yuyulması (eşanjör) | 50-80 AZN |
| Nasos və ya fan dəyişimi | 30-50 AZN |
| Elektron lövhə təmiri | 40-120 AZN |
| Kombinin quraşdırılması | 80-150 AZN |
Qiymətlər təxminidir, dəqiq məbləğ yoxlamadan sonra məlum olur.
Yay boyu işləməyən kombidə toz yığılır, eşanjörün içində isə kirəc qatı qalınlaşır. Nəticədə qaz sərfi artır, otaqlar gec isinir. İldə bir dəfə, payızda edilən servis bu problemlərin çoxunun qarşısını alır.
Servis zamanı brülör və eşanjör təmizlənir, genişləndirici çənin təzyiqi yoxlanılır, baca kanalının çəkişi ölçülür. Ariston, Baxi, Immergas, Vaillant, Ferroli, Bosch və Demirdöküm kombiləri ilə işləyirik.
Ehtimalla hissə dəyişmirik. Nasazlıq ölçü cihazı ilə təsdiqlənir.
Nasos, fan, sensor və klapanların çoxu ustanın maşınında olur.
Soyuq aylarda gecə saatlarında da çağırış qəbul edirik.
Dəyişdirilən hissəyə və görülən işə 6 aya qədər zəmanət.
Növbətçi kombi ustası ünvanı və problemi dinləyib ən qısa vaxtda yola çıxacaq.